2021-ci il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

əmək haqqı

Bildiyimiz kimi, 2021-ci il 1 yanvar tarixindən Əmək haqqı tutulmalarında olacaq dəyişikliklər İcbari Tibbi sığorta məbləği ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə hesablamalar aşağıdakı kimi olacaqdır:

  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2021-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2022-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2021-ci ildə 1 faizi, 2022-ci ildən etibarən isə 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;

Bütün bunlar özlüyündə Əmək haqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əmək haqqısı olan işçisinin  2020 və 2021-ci il üçün Əmək haqqından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:

 20202021
Əmək Haqqı Məbləği500500
Gəlir vergisi (işçi tərəfindən)00
Pensiya Fondu (işçi tərəfindən)3636
Pensiya Fondu (işəgötürən tərəfindən)8989
İşsizikdən Sığorta Haqqı (İşçi tərəfindən)2,52,5
İşsizikdən Sığorta Haqqı (İşəgötürən tərəfindən)2,52,5
İcbari Tibbi Sığorta Haqqı (İşçi tərəfindən)05
İcbari Tibbi Sığorta Haqqı (İşəgötürən tərəfindən)05
İşçinin aldığı net əmək haqqı461,5456,5
 2021-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən və neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əmək haqqı cədvəlini aşağıdakı linklərdən yükləyə bilərsiz.

Müəllif: Ramin Ramazanov


Mühasibat və vergi xəbərləri Telegram kanalı
Mühasiblərin Telegram Qrupu
Mühasiblərin Facebook Qrupu
Mühasibat və Maliyyə sahəsində vakansiyalar

Digər Postlar

Haqqımda

Ramin Ramazanov

Mən Ramin Ramazanov 05.05.1980-ci il tarixdə doğulmuşam. Bakı şəhərində böyümüşəm. Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və Audit fakultəsində həm Bakalavr həm də Magistr təhsili almışam. 

Yeniliklərdən Xəbərdar Ol