Sərnişin daşıyan qeyri-rezidentlərin vergi öhdəlikləri

vergi öhdəlikləri

Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər yol vergisinin ödəyiciləridir. Yük daşınması ilə məşğul olan xarici vətəndaşların vergi yükü barədə ötən yazıda bəhs etmişdik. Bu dəfə sərnişin daşınması ilə üçün istifadə edilən avtonəqliyyat vasitələrinin sahibləri üçün verginin necə hesablandığını araşdırdıq.

Məsələyə aydınlıq gətirən mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov bildirib ki, sərnişin daşınması ilə məşğul olan qeyri-rezidentlər üçün yol vergisinin məbləği avtobusdakı oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasında qaldığı müddətdən asılı olaraq dəyişir. Bu məqamlar Vergi Məcəlləsinin 211.1.1.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, ölkəyə gələn avtobuslar üçün yol vergisinin məbləği belə hesablanır:

Ölkə ərazisində qaldığı müddətOturacaq yerlərinin sayı 12-dək olandaOturacaq yerlərinin sayı 13-dən 30-dək olandaOturacaq yerlərinin sayı 31 və çox olanda
1 gün üçün15 dollar20 dollar25 dollar
1 həftəyədək30 dollar40 dollar50 dollar
1 aya qədər100 dollar140 dollar175 dollar
3 aya qədər300 dollar400 dollar500 dollar
1 ilə qədər1.050 dollar1.400 dollar1.750 dollar
1 ildən yuxarı1.050 dollar + 1 ildən artıq qaldığı hər gün üçün 12 dollar1.400 dollar + 1 ildən artıq qaldığı hər gün üçün 15 dollar1.750 dollar + 1 ildən artıq qaldığı hər gün üçün 20 dollar

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği yuxarıda qeyd edilənlərə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanacaq.

Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq yol vergisinə cəlb edilirlər.

Vergi Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1-ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə köçürürlər.


Mühasibat və vergi xəbərləri Telegram kanalı
Mühasiblərin Telegram Qrupu
Mühasiblərin Facebook Qrupu
Mühasibat və Maliyyə sahəsində vakansiyalar

Digər Postlar

Haqqımda

Ramin Ramazanov

Mən Ramin Ramazanov 05.05.1980-ci il tarixdə doğulmuşam. Bakı şəhərində böyümüşəm. Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və Audit fakultəsində həm Bakalavr həm də Magistr təhsili almışam. 

Yeniliklərdən Xəbərdar Ol