Previous
Next

Mən Ramin Ramazanov 05.05.1980-ci ildə anadan olmuşam. Bakı şəhərində böyümüşəm. Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və Audit fakultəsində həm Bakalavr həm də Magistr təhsili almışam. 

Nurgun Qrup şirkətində Baş mühasib, AtaAudit şirkətində Audit departament direktoru, ATİ and Partners Audit şikrətində Direktor vəzifələrində çalışmışam. Hazırda təsisçisi olduğum Accounting.Az konsaltinq şirkətində Direktor vəzifəsində çalışıram. 

17 illik mühasibat və audit üzrə təcrübəyə malikəm, bir çox iri şirkətlərin (SOCAR, Azneft İB, AtaHolding, Detal, AzGroup və s) mühasibat üzrə konsaltinqini, auditini həyata keçirmiş və iştirak etmişəm. Azərbaycan Respublikası Auditorlar palatasının üzvü olmuşam. Mühasibat uçotu və Vergitutmaya aid bir çox məqalələrin müəllifiyəm. 

Həmçinin hazırda bir çox şirkətlərə mühasibat və vergitutma üzrə konsaltinq xidmətləri həyata keçirirəm. 

Mühasibat.Az (www.muhasiabat.az), Audit.Az (www.audit.az), Vergi.Az (www.vergi.az) layihələrinin təsisçisiyəm ki, bu web portalların aylıq istifadəçi sayı 70-100 min civarındadır.

Mühasibat və maliyyə sahəsində kadr və vakansiya axtarışı üzrə yaradılmış Finstaff layihəsinin (www.finstaff.az) yaradıcısıyam. 

Mühasibat və Vergi sahəsində təlimlər üzrə ixtisaslaşmış Azərbaycan Mühasiblər Məktəbinin təsisçisiyəm.  

Ölkəmizdə online maliyyə və mühasibat tətbiqləri üzrə ixtisaslaşmış Techfin şirkətinin həmtəsisçisiyəm.  

Sosial şəbəkələrdə çox aktiv olan Azərbaycan mühasibləri facebook və telegram qruplarının yaradıcısıyam. 

Ailəliyəm, 3 övladım var.