Casus Mühasib

mühasib
Sən demə, “casus muhasib” anlayişi da var imiş, real hadisələr əsasında yazılmış “Rəqibləri necə aradan götürürlər” məqaləsindən bir hissə:
 
Bizim müştərilərdən birini rəqibləri həbsxanaya saldırmışdılar. Bu əhvalatın sonunda o, hər şeyini itirmişdi: şikətini, pullarını, öz mənzilini və avtomobilini də satmağa məcbur olmuşdu və demək olar ki, müflis olmuşdu.
 
Müəyyən anda əməkdaşı dekret məzuniyyətinə çıxdığı üçün o, baş mühasibsiz qalmışdı və özünə təcili şəkildə yeni bir mühasib arayırdı. Rəqibləri elə də çətin olmayan müəyyən bir vəziyyət yaratdılar və bizim müştərimizə mühasib qismində öz adamlarını irəli verdilər.
 
Yeni işə düzəldikdən və sənədlərə giriş əldə etdikdən sonra, həmin xanım dərhal məlumatları rəqiblərə “ötürməyə” başladı. Özü də onun işlə təmin edilməsinin əsas məqsədi də elə bu işlərdən ibarət olmalı idi. Daha sonra yeni baş mühasibin əməli (xüsusi “qayğısı” demək olar) nəticəsində şirkət vergi ödənişləri üzrə borclu qalır.
 
Zavallı şirkət rəhbəri heç nə etməyə imkan tapmamış, barmaqlıqlar arxasına düşür. Onun müəssisdə olmadığı dövrdə baş mühasib şirkətin sənədlərində elə “qaydaları” işə salır ki, bundan sonra direktoru yalnız real həbs müddəti gözləyə bilərdi.

Mühasibat və vergi xəbərləri Telegram kanalı:  https://t.me/muhasibat
Mühasiblərin Telegram Qrupu: https://t.me/muhasibler
Mühasiblərin Facebook Qrupu: https://www.facebook.com/groups/193068687740239/
Mühasibat və Maliyyə sahəsində vakansiyalar: https://t.me/finstaffaz

Digər Postlar

Haqqımda

Ramin Ramazanov

Mən Ramin Ramazanov 05.05.1980-ci il tarixdə doğulmuşam. Bakı şəhərində böyümüşəm. Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və Audit fakultəsində həm Bakalavr həm də Magistr təhsili almışam. 

Yeniliklərdən Xəbərdar Ol