Təzəcə institutu bitirmişəm, sevdiyim qızla mübahisə etdiyimdən, qanım çox qaradır. Mühasib vəzifəsinə işə düzəlmək üçün müsahibəyə gedirəm. Metro vaqonunda bu dəm qadınlardan biri mənim onun yerini darısqal etməyimdən şikayətləndi. Hörmətlə bir qədər çəkilməyimi xahiş etmədənsə, bərkdən donquldanmağa başladı, indiki gənclərin nəzakətsizliyindən gileyləndi. Mən mübahisəyə girişmədim, diqqətlə onun söylədiklərinə qulaq asdım və sonda qadına bir neçə “nəzakətli” söz söylədim. Və dərhal da növbəti stansiyada vaqondan düşüb, növbəti qatarın gəlişini gözlədim. Çünki həmin qadınla birlikdə getmək artıq mümkün deyildi.
Rahatlıqla ofisə gəlib çatdım, personal üzrə şöbənin rəisi ilə söhbət etdim. Sonra o, məni müsahibə üçün baş mühasibin yanına apardı. Baş mühasibin kabinetinə daxil oluruq, gözlərimə inanmıram, orada metroda rastlaşdığım xala oturub… Təbii ki, məni işə qəbul etmədilər.
Post Views: 1,834
