Mühasib və “Distant” çalışma

Mühasib


Mühasib və “Distant” çalışma: nələri nəzərə almaq lazımdır?

Koronavirusun yayılma təhlükəsinin genişləndiyi dövrdə bir çox işəgötürənlər öz əməkdaşlarını distant işləməyə (yəni, internet üzərindən məsafədən) keçirirlər. Bundan ötrü əməkdaşları iş və rabitə üçün alətlərlə təmin etmək, kommunikasiya və nəzarət sistemlərini düşünüb tapmaq lazımdır. Mühasiblər üçün mövcud vəziyyətdə necə işləməyi, belə işdə nələrə diqqət yetirilməli olduğunu nəzərdən keçirək.

1.Məsafədən çalışacağınız adamlarla əlaqəni qurun.

İşlə bağlı məsələləri müzakirə etməkdə messencer, whatsap, skype, telegram kömək edəcək. Çalışdığınız müştəri və təchizatçılarla müəyyən müddət ancaq belə rejimdə çalışacağınız barədə əvvəldən məlumat verin. Rahatlıq üçün müxtəlif fəaliyyət istiqamətlərinə həsr olunmuş bir neçə çat açmaq olar. Çatın əsas funksiyası – komanda birliyidir. Tapşırıqların sonra yaddan çıxmaması üçün danışıqlar zamanı vacib qeydləri mütləq etmək və ya bütün müzakirəni yaddaşa yazmaq Sizə kömək edəcək.

Geniş yayılmış alətləri qeyd edək: çat və birgə iş üçün – Slack, Telegram, Viber, WhatsApp, Google Docs; video-zənglər üçün – Skype, Zoom, Slack; ekrandan birgə istifadə üçün isə – TeamViever, Anydesk

2.Mühüm sənədlərə girişi təşkil edin

İşçi materialları və təlimatları əldə etmək ehtiyacı olan bütün işçilərin onlara girişi  təmin olunmalıdır. Çıxış: bundan ötrü rəqəmsal servislərdən istifadə edin. Bu, bütün faylların, müzakirələrin, iş siyahılarının və təqvimlərin vahid mərkəzləşdirilmiş rəqəmsal anbara sahib olmağınıza imkan verir.

Ümumi fayllara girişi rəqəmsal anbar üzərindən təşkil etmək olar: Dropbox, Google Drive, Yandex Disk, Mail.ru və s. Onlarla bir neçə istifadəçi işləyə bilər, dəyişikliklər edildikdə, hər kəs bildiriş alır.

3.Öz işinizi daha detallı planlaşdırın

Əməkdaşların məsafədən çalışması, aydın iş siyasəti tələb edir. Məsələn, bazar ertəsi əməkdaş görüləcək işlər siyasini təqdim edir təqdim edir, çərşənbə axşamı günü planlaşdırma iclası, cümə günləri isə həftə ərzində görülən işlər barədə hesabat verir. Bütün bu prosesləri ardıcıl olaraq qeydə almaq və onlara əməl etmək lazımdır

Özünüzə və ya Əməkdaşlarınıza gündəlik  və ya “deadline” mütləq qeyd edilmiş ortamüddətli tapşırıqlar verin. Bu tapşırıqların idarə edilməsini isə CRM proqramları vasitəsi ilə edə bilərsiz. Məsələn, Azərbaycan dilində olan yeganə təkmil CRM olan Cubics CRM köməyinizə gələ bilər: https://cubics.technology/

Mühasibin cəriməyə tuş gəlməməkdən ötrü bütün ödənişləri, vergiləri və digər vəzifələri daha da diqqətlə planlaşdırması vacibdir.

4.Mühüm mühasibat məlumatlarını əldə etmək üçün əlaqəni yaradın

Bütün yenilikləri, mühasibat dəyişiklikləri və faydalı məqalələri izləmək üçün sənayenin aparıcı mütəxəssislərindən əhəmiyyətli faydalı göndərişlərə abunə olun. Bu pulsuzdur və bütün mühasiblər üçün çox zəruridir.

Məsələn, www.muhasibat.az saytından bizim həmkarlarımız, gündəlik olaraq mühasibat dünyasının ən əhəmiyyətli hadisələrindən söz açırlar. Əgər hələ də abunə deyilinizsə, onda abunə olun.

5.Mühasibatlıqda işləmək üçün əlverişli köməkçilərlə çalışın.

İndi sübut edilmiş məlumat mənbəyi olmadan qalmaq, mühasibdən ötrü sadəcə təhlükəlidir. Hər gün karantin ilə əlaqədar çoxlu normativ sənədlər qəbul edilir, yeni qanunlar çıxır, iş qaydaları və məsuliyyət dərəcəsi dəyişir.

Məsafədən işləyən mühasibin bu gün əsas köməkçisi – bu, olan dəyişiklikləri aninda xəbər verən telegram kanalı və istənilən suala cavab tapmaq üçün mühasiblərin telegram qrupu ola bilər.  Belə kanallarda siz aktual məlumatlar, ekspert rəyləri və peşəkar dəstək ala bilirsiz, bu köməkçi kanal və qruplari sizə təqdim edirik:

Mühasibat və vergi xəbərləri Telegram kanalı
Mühasiblərin Telegram Qrupu
Mühasiblərin Facebook Qrupu
Mühasibat və Maliyyə sahəsində vakansiyalar

Digər Postlar

Haqqımda

Ramin Ramazanov

Mən Ramin Ramazanov 05.05.1980-ci il tarixdə doğulmuşam. Bakı şəhərində böyümüşəm. Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və Audit fakultəsində həm Bakalavr həm də Magistr təhsili almışam. 

Yeniliklərdən Xəbərdar Ol