Mühasibatın Rəngi

Mühasibat

İki gün əvvəl Bakıdakı şirkətlərdən birindən 200.000 manatlıq ərzaq məhsulunun oğurlanması ilə bağlı bir xəbər oxudum. Araşdırma zamanı məlum olub ki, oğurluq 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə şirkətə məxsus marketin anbarından şirkətin əvvəl əməkdaşı olmuş şəxs tərəfindən törədilib.

3 aydan çox bir müddət ərzində əgər oğurluq məlum olmursa, çox güman ki, Şirkətdə inventarizasiya aparılmır, mühasibat uçotu yoxdur, mal qalıqları məlum deyil. Əfsular olsun ki, bizim ölkədə bir çox sahibkarın uçotu bu problemlərlə zəngindir, dəfələrlə bu barədə sahibkarlarla mühasibat uçotunun qurulması barədə təkliflər zamanı söhbətimiz olub:

– Hazırda anbarınızda nə qədər mal qalığınızın olduğu məlumdurmu?

– Dəqiq deyil, amma təxmini olaraq bilirik.

– Ötən il əldə etdiyiniz mənfəət barədə nə deyə bilərsizniz?

– Dəqiq olaraq mənfəət məlum deyil, amma bilirik ki, ili mənfəətlə başa vurmuşuq.

– İstehsal etdiyiniz X malın maya dəyəri nə qədərdir?

– Bunu bilmirik, standart olaraq xammalın üzərinə 30-35 % əlavə edib satırıq.

Bu kimi sualları nə qədər desəniz uzatmaq olar. Biz Qara mühasibatdan Rəsmi mühasibata keçidi müzakirə edirik. Amma məsələ ondadır ki, Sahibkarların bəzisində (özləri üçün olsa belə) nəinki Qara, ümumiyyətlə heç bir rəngdə uçot  yoxdur.

Belə çıxır ki, bu halda Mühasibatın Rəngi yoxdur. Çünki Mühasibat özü yoxdur. Odur ki, olmayan bir şeyi ağartmaq daha çətindir.

Ölkəmizdə Mühasibatın əsas problemlərindən biri də Sahibkarın mühasibata əlavə, hətta lazımsız bir xərc kimi yanaşmasıdır. Çünki, izah edən olmayıb ki, bu məlumatlar sizin üçün nə qədər faydalıdır, düzgün təhlil etsəniz sizə hansı üstünlüklər qazandıra bilər. Əziz Sahibkarlar inanın, Mühasibata xərclədiyiniz 1 manat sizə gələcək perspektivlərdə ən azı 5 manat qazandıracaq.

Çəkinməyin, müraciət edin. Sahibkarın daima şikayətləndiyi amillərdən biri də vaxtdır, indi ki vaxtınız nə qədər desəniz var. Gələcək işləriniz naminə indidən başlaya bilərsizniz.

Mövcud vəziyyətlə əlaqədar sizə online olaraq təmənnasız konsultasiya verməyə hazırıq.

www.accounting.az

012 310 09 29

Ramin Ramazanov


Mühasibat və vergi xəbərləri Telegram kanalı
Mühasiblərin Telegram Qrupu
Mühasiblərin Facebook Qrupu
Mühasibat və Maliyyə sahəsində vakansiyalar

Digər Postlar

Haqqımda

Ramin Ramazanov

Mən Ramin Ramazanov 05.05.1980-ci il tarixdə doğulmuşam. Bakı şəhərində böyümüşəm. Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və Audit fakultəsində həm Bakalavr həm də Magistr təhsili almışam. 

Yeniliklərdən Xəbərdar Ol