“Xoşbəxt həyat ssenarisi” mağazası

xoşbəxt həyat

“Xoşbəxt həyat ssenarisi” mağazasına bir nəfər daxil olur. Onun əynində boz rəngdə yaxşı bir kostyum var idi. Mağazaya Hugo Boss ətrinin xoş qoxusu yayılır. Ziyarətçinin baxışlarından yorğunluq yağır, elə özü də əzab çəkənə oxşayır, gözlərinin altındakı göy torbacıqlar yorğunluqdan yaranıb, üzünü də yüngülcə tük basıb. Səsindən məyusluq və qıcıq notları aydın eşidilir.

– Salam.

– Salam.

– Mağazanızdan öz həyatım üçün ssenari ala bilərəmmi?

– Bəli, əlbəttə. Sizə necə bir ssenari lazımdır? Xoşbəxt və ya parlaq həyatla dolu və yaxud adi həyatdan ibarət?

– Onlar bir-birindən nə ilə fərqlənir?

– Qiymətinə görə. Xoşbəxt həyatla dolu – 1000 manat. Adi həyatdan ibarət ssenari – 700 manat. “Boz günlər” serialının ssenarisi isə 100 manatdır.

– Sözün düzü, heç özüm də bilmirəm hansını alım. 1000 manata mən özümə çox şey ala bilərəm. “Boz günlərə” gəldikdə, o, məndə onsuz da vardır. Hər gün uduzuram. Yox, bir ssenariyə görə bu qədər pul məsrəf etməyə dəyməz. Ola bilsin, dostlardan kimsə yazmağa kömək edə bilər?

– Bu sizin seçiminizdir.

– Təşəkkür edirəm, mən, yəqin ki, növbəti ildə gələcəm. Bəlkə həmin vaxt bir qədər ucuz olar.

Bir il ötdü. Xoşbəxtlik axtaran, ssenari almaq üçün yenidən həmin mağazaya gəldi. Əlində pul kisəsini tutub söylədi:

– Salam.

– Salam.

– Gələcək xoşbəxt həyatımla bağlı bir ssenari ala bilərəmmi?

– Hə, mümkündür. Amma, bizdə yalnız 1500 manata ən adi süjetlər qalıb.

– Yox, adi ssenari istəmirəm. Üstəlik qiyməti də bahalaşıb. Xoşbəxt həyatla dolu ssenari istəyirəm.

– Bir ildən sonra gələrsiniz. Bəlkə o vaxta artıq hazır olar.

– Hə, hə, yəqin ki, mən növbəti ildə gələrəm. İndi isə daha faydalı olan bir şey alaram.

Daha bir il ötür. Sözügedən adam gələcək xoşbəxt həyatı ilə bağlı ssenarinin artıq hazır olduğuna ümid edir. Yenidən həmin mağazaa gəlir.

– Salam.

– Xoş gününüz olsun.

– Gələcək xoşbəxt həyatıma dair ssenarini almaq istəyirəm.

– Bu gün bizdə əla ssenari seçimləri var! Xoşbəxt həyata dair ssenari – 5000 manatadır. Ssenaridə maraqlı insanlarla çoxlu tanışlıqlar, çoxlu səyahətlər, parlaq təəssüratlar, çoxlu sevinc və uşaq gülüşləri, çoxlu sevgi və sağlamlıq var. Adi həyatdan ibarət ssenarilər isə 3000 manatadır. Onlarda çoxlu maraqlı işlər, bazar günlərində istirahət, televizorla verilən xəbərlər, məşhur televiziya kanalı vasitəsilə səyahər də var.

– Siz nə danışırsınız, bu çox bahadır! 5000 manata bilirsinizmi nələr almaq olar?

– Bu sizin seçiminizdir.

– Yaxşı bir ssenarini o qədər çox istəyirəm ki… Ucuzlaşana qədər gözləyəcəm. Mənim artıq 43 yaşım var, eybi yox, bir il də gözləyərəm…

– Bizdə elə də baha olmayan “Boz günlər” ssenarisi də qalıb. Bəlkə onu alasınız? Onda bir neçə xoşbəxtlik epizodu var.

– Yox, mən həmin ssenari ilə tanışam – özüm artıq çox illərdir yaşayıram. Bir neçə epizod istəmirəm. Mən hər gün xoşbəxt həyat istəyirəm, başa düşürsünüz?

(Hıçqırır.)

– Onda bir il sonra gələrsiniz, o vaxt bizə yeni ssenarilər gələcək.

Daha bir il ötür. Həmin adam mağazaya gəlir, amma daha o mağaza yoxdur, həmin yerdə yeni başqa bir mağaza tikilib. O, məyus olur. Çiyinlərini qısır və üzündən ağlamaq istədiyi hiss olunur. Külək zarafatla onun düşüncəsini ələ keçirir və bütün dünyaya gəzdirir: “Onların üzündən mən xoşbəxt bir həyat sürə bilmədim. Onlar nə insandır, bunlar nə qiymətdir, bu nə həyatdır”…

Buna cavab olaraq quşlar oxuyurlar: “Bu sizin seçiminizdir! Bu sənin seçimindir!”

Mənə isə yalnız bunu əlavə etmək qalır – möcüzə gözləməyin, özünüz möcüzə yaradın. Başlanğıc üçün sadə qərar qəbul etmək lazımdır – XOŞBƏXT YAŞAMAQ İSTƏYİRƏM! Bəs sonra? Sonrası isə texnikanın işidir- uğurlu olanların istifadə etdiyi düzgün texnologiyalar lazımdır. Özünüzü uğurlu adamlarla əhatəyə alın, öz uğurlu ətrafınızı qurun və sizin həyatınız heç vaxt cansıxıcı və darıxdırıcı olmayacaq!!!


Mühasibat və vergi xəbərləri Telegram kanalı
Mühasiblərin Telegram Qrupu
Mühasiblərin Facebook Qrupu
Mühasibat və Maliyyə sahəsində vakansiyalar

Digər Postlar

Haqqımda

Ramin Ramazanov

Mən Ramin Ramazanov 05.05.1980-ci il tarixdə doğulmuşam. Bakı şəhərində böyümüşəm. Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və Audit fakultəsində həm Bakalavr həm də Magistr təhsili almışam. 

Yeniliklərdən Xəbərdar Ol