Yaxşı Mühasib necə olmalıdır…

Mühasib

Hansı mühasib daha yaxşı sayılır? Hansı keyfiyyətlərə malik olmalıdır ki, onun haqqında yaxşı mütəxəssis kimi danışsınlar? Sahibkardan soruşsan, bildirəcək ki, əsas tələbim mənə vergi ilə problem yaratmasın, Əslində isə…

Sahibkarlardan tez-tez eşidirsən ki, əmək bazarında mühasiblər çoxdur, elan veririk yüzlərlə CV gəlir amma, seçim etməyə birini tapa bilmirsən. Yaxşı mühasib tapmaq  çox çətindir. Sahibkarlar unutmamalıdır ki, yaxşı mühasib baha başa gəlir, pis mühasib isə ondan qat-qat baha başa gəlir.

Əlbəttə ki, yaxşı mühasib lazımi bilik və təcrübəyə malik olan mütəxəssislərdir. Təcrübə və biliklərin çatışmazlığı isə karyerada böyük çətinliklərə gətirib çıxarır.

Əgər mühasibdə təcrübə və biliklərin olmamasına məsuliyyətsizlik əlavə edilsə o halda mühasibin çalışdığı şirkətin cərimələrə məruz qalma ehtimalı qat-qat artır.

 Mühasib məsuliyyətli insan olmalıdır.

Sadəcə məsuliyyətli deyil, Superməsuliyyətli olmalıdır. Məsuliyyət hissi – mühasibin mənimsəməli olduğu ən əsas keyfiyyətdir. Bəzi sahibkarlar deyirlər ki, bizə vicdanlı mühasib lazımdır. Unutmayın ki, Mühasibin vicdan anlayışı bilavasitə məsuliyyət hissinə bağlıdır.

Əsl məsuliyyətli mühasib hesabatların qızğın çağında məzuniyyətə gedə bilməz, hər şeyi pis vəziyyətdə qoyub işdən çıxıb gedə bilməz – çünki vicdanı buna yol verməz.

Bizim tanışlardan birinə Vergilər Nazirliyinə mühasibin ƏDV və Mənfəət vergisinin 1 nömrəli əlavəsi üzrə məlumatların verilməsi zamanı səhvə yol verdiyi və kameral uyğunsuzluq məktubuna vaxtında cavab vermədiyi üçün böyük miqdarda cərimə hesablanmışdı.

Mühasibin bu məsuliyyətsiz davranışı çox acı nəticələrə gətirib çıxarmışdı, hesaba sərəncam gəlmiş və bank da bunu ödəmişdi. Dövriyyədə olan böyük pul vəsaitinin əsassız yerə vergiyə ödənişi sahibkarın fəaliyyətinə nə qədər mənfi təsir etdiyini isə hamımız bilirik. Bu məsələ həll olunub vəsait şəxsi hesab vərəqəsinə artıq ödəmə kimi qaytarılsa belə, artıq “cash flow” baxımından sahibkarın işi iflic ola bilir.

Məsuliyyət hissi ilə yanaşı, mühasib hər şeyi şübhə altına almaq bacarığına da ehtiyac duyur.  Şübhə etmək yox, şübhə altına almaq – bunlar fərqli şeylərdir. Şübhə altına almaq – bu hər şeyi yoxlamaq və bir daha yoxlamaqdır.

Mühasib özünə bu sualları verməyə borcludur:

  • online kargüzarlığı son dəfə nə zaman yoxlamışam?;
  • bütün sənədlər alınıb və mühasibat proqramında əks olunubmu?;
  • qalıqlar və dövriyyələr təhlil edilmişdirmi?;
  • kameral məktubla aşkar edilmiş səhvlərə görə vaxtında düzəlişlər edilibmi?;
  • bəyannamə vaxtında hazırlanıbmı?;
  • hesabat vaxtında verilibmi?;
  • vergilər ödənilibmi?;
  • və bir çox buna oxşar suallar.

Düzgünlük və intizamlılıq

Yaxşı mühasibdən ötrü bu keyfiyyətlər də çox zəruridir. Mühasibatda bəzən eyni əməliyyatı və ya eyni sənədi dəfələrlə düzəltməli və yenidən tərtib etməli olursan, bir qəpik fərqə görə bir çox əməliyyatı yenidən gözdən keçirməli olursan.

Unutmayın ki, Yaxşı mühasib məşğul olduğu işi sevməyə məhkumdur.


Mühasibat və vergi xəbərləri Telegram kanalı
Mühasiblərin Telegram Qrupu
Mühasiblərin Facebook Qrupu
Mühasibat və Maliyyə sahəsində vakansiyalar

Digər Postlar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Ramin Ramazanov

Mən Ramin Ramazanov 05.05.1980-ci il tarixdə doğulmuşam. Bakı şəhərində böyümüşəm. Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və Audit fakultəsində həm Bakalavr həm də Magistr təhsili almışam. 

Yeniliklərdən Xəbərdar Ol